23 Oktyabr 2022, 19:04
MPL
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 11-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 11-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Ağır səfər oyunu oldu. "Səbail" son iki turda xal qazanmışdı, yaxşı da futbol oynamışdılar. Onlar çətin rəqibdir, yaxşı futbol oynayırlar. Oyunu iki hissəyə bölərdim. İlk yarıda toparlana bilmirdik. çünki rəqibin təzyiqi yüksək idi. Qırmızı vərəqədən sonra komanda özünə gəldi. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Bir xala da şükür edirik. Davam edəcəyik. Oyunumuzu inkişaf etdirib, qollar vurub, qələbələr qazanacağıq. "Səbail"ə uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, sona qədər mübarizə apardılar.
Heç-heçə ədalətli nəticə deyildi. İlk yarıda üstünlük "Səbail"dəydi. Fasilədən sonra isə üstünlük bizə keçdi. Rəqib də bizi əks-hücumda tuta bilirdi. Qol imkanları da var idi".