"Səbail"nın baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 11-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"nın baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 11-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Digər oyunlar kimi, bu oyuna da yaxşı hazırlaşmışdıq. Turnir cədvəlində xallarımızı artırmaq üçün qələbə qazanmaq istəyirdik. Daha çox xala ehtiyacımız var. Qarşılaşmaya yaxşı başladıq. Hesabı da aça bilərdik. Ancaq aldığımız qırmızı vərəqə oyunumuzu daha da ağırlaşdırdı. Azlıqda olsaq da, fasilədən sonra qorxaq futbol oynamadıq. Hücuma keçdilər. Əks-hücumda oynadıq. Bir çox qol epizodları da yarada bildik. Rəqibin meydançasında oynaya bilirdik. Təəssüf ki, qalib gələ bilmədik. Dediyim kimi, xala ehtiyacımız var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq. Xal ehtiyatımızı artırmaq istəyirik.
 
Deməzdim ki, qeyri-stabil oynayırıq. üç oyunda qırmızı vərəqə almışıq. Bu da oyunumuza təsir edib. Uşaqlar bacardığı qədər oynayır. Ola bilər ki, futbolçularımızda stabillik yoxdur. Bir oyun yaxşı oynayırlar, digər oyun fərqli olur. Ona görə də tez-tez heyətdə dəyişiklik edirik. ümumilikdə, komanda şəklində pis deyilik. Tural Bayramlı "Zirə" ilə oyunda da qırmızı vərəqə ilə cəzalanmışdı. Ona pul cəzası kəsmişdik. Bu dəfə daha sərt cəza olacaq. Bir oyunçu iki dəfə meydana çıxır və hər ikisində də qırmızı vərəqə alırsa, bunun cəzası sərt olmalıdır. Bəlkə də həmin vəziyyətdə sarı vərəqə ilə də kifayətlənmək mümkün idi. Hər halda, qırmızı vərəqə ilə cəzalandırıldı. Klub tərəfindən cəzası olacaq.
 
Son dəqiqələrdə əks-hücuma çıxa bilərdik, amma yan-xətt hakimi autdan ofsayd qeydə aldı. Bu, mənə təəccüblü gəldi. Ola bilər ki, qayda dəyişib, bizim xəbərimiz yoxdur. İlk dəfədi görürəm ki, bu səviyyədə autdan ofsayd verirlər. Acınacaqlıdır ki, autdan ofsayd qeydə alınır. Hakimlərə yaxınlaşa bilmirik. Dördüncü hakimlə mübahisəli epizodları danışıram. Amma o, meydanın mərkəzində deyil. Soruşmadım, buna ehtiyac da yoxdur. Ola bilər ki, yan xətt hakimi səhv edir. Amma mərkəz hakimi məsuliyyəti üzərinə götürə bilərdi. İnqilab illərdi ki, hakimlik edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest