01 Dekabr 2022, 11:58
DÇ-2026
Polşa yığmasının qapıçısı Voyçex Şensnı dünya çempionatlarının rekorduna şərik çıxıb. Matc.az xəbər verir ki, o, turnir tarixində iki penalti zərbəsinin qarşısını alan üçüncü qapıçı kimi tarixə düşüb.
32 yaşlı futbolçu bunu Dç-2022-nin üçüncü turunun Argentina ilə görüşündə (0:2) penaltini dəf etməklə bacarıb.
1974-cü ildə digər polşalı qapıçı Yan Tomaşevski və 2002-ci ildə ABŞ-dan olan Bred Fridel bu uğura nail olub.
Polşa yığması pley-off mərhələsində Fransa millisi ilə qarşılaşacaq.