“Azərbaycan idmançıları noyabrda beynəlxalq turnirdə 120-dən çox medal qazanıblar”. Matc.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində bildirib.
 
O, ötən ay Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin və yunan-Roma güləşi üzrə dünya kubokunun təşkil olunduğunu xatırladıb.
 
Bundan əlavə, Qayıbov, Zəfər Günü münasibəti ilə “Qələbə qaçışı”nın və Şəkidə ilk idman festivalının maraqla qarşılandığını vurğulayıb.
 
Nazir Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinin məhz bu ayda başa çatdığını, həmçinin mərhum prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında ilk dəfə keçirilən yarışa start verildiyini yazıb.
 
Qayıbov idman qurğularının fəaliyyətinin diqqət mərkəzində olduğunu və bölgələrdəki bir neçə belə obyektə səfər etdiklərini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest