2018-19 mövsümündə yüksək liqada debüt edən "Sabah" 123 görüşdə aktivinə ümumilikdə 151 top yazdırıb. Komanda bunun 78-ni evdə, 73-nü isə səfərdə vurub.

Azərbaycan Premyer Liqasının 19-cu turu "Sabah" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, komanda "Neftçi" ilə oyunda qələbə qazanmaqla yanaşı, 150 qol həddini də keçib.
 
Murad Musayevin yetirmələrinin 2:0 hesabı ilə qalib gəldikləri görüşdəki ilk qolu komandanın Premyer Liqada 150-ci qolu kimi əlamətdar olub. Həmin topun müəllifi isə hücumçu Coy Lens Mikels olub. Almaniyalı forvard 7-ci dəqiqədə penaltidən hesabı açmaqla tarixə düşüb.
 
2018-19 mövsümündə yüksək liqada debüt edən "Sabah" 123 görüşdə aktivinə ümumilikdə 151 top yazdırıb. Komanda bunun 78-ni evdə, 73-nü isə səfərdə vurub.
 
Qeyd edək ki, "Sabah" Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadı.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest