Türkiyə Futbol Federasiyası (TFF) bəyanat yayıb. Matc.az xəbər verir ki, qurum ölkədə baş verən zəlzələ səbəbindən 5 gün müddətinə bütün oyunları təxirə salıb.
 
TFF fevralın 7-dən 12-dək proqramda olan bütün peşəkar və həvəskar çempionatların təxirə salındığını açıqlayıb.
 
10-13-ü aralığında keçirilməli olan Super Liqa və digər liqaların matçları 17-20 fevralda oynanılacaq. Digər turlar isə buna uyğun planlaşdırılacaq. Super Liqa çərçivəsində dünən keçirilməli olan "ümraniyespor" – "Adana Dəmirspor", "Giresunspor" – "Kayserispor" və "Fənərbaxça" – "Konyaspor" görüşləri isə 21-23 fevralda baş tutacaq.
 
Təxirəsalma səbəbindən yüksək liqanın 24-cü və 25-ci turunun təqvimi yenidən formalaşacaq.

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest