 
 
	Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" da növbəti matçına çıxıb.
	Sözügedən kollektiv səfərdə "Suvon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda inamlı qələbəyə sevinib – 3:1.
	Anton da bu görüşün iştirakçısı olub. O, əvvəlki turlarda olduğu kimi, bu dəfə də 90 dəqiqə oynayıb.
	"Daejeon" hazırda 8 xalla 3-cü pillədə qərarlaşıb.
				
         	
                                             
               
 
             
 















