17 May 2023, 10:09
ÇEMPİONLAR LİQASI
"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"lə keçirilən cavab oyunundakı (0:1) məğlubiyyəti dəyərləndirib.
"Milan"ın baş məşqçisi Stefano Pioli çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"lə keçirilən cavab oyunundakı (0:1) məğlubiyyəti dəyərləndirib. Matc.az xəbər verir ki, çalışdırıcı finala yüksələ bilmədikləri üçün məyusluq keçirdiklərini bildirib:
"Məyus olduq, çünki birinci oyunun ilk 15 dəqiqəsində cütün taleyi həll oldu. ümumilikdə tapşırığın öhdəsindən gəldik. Cavab qarşılaşmasında şansımızdan istifadə etmək üçün bir neçə dəqiqəmiz oldu, ancaq bu, kifayət etmədi. Futbolçularımı heç nəyə görə qınaya bilmərəm, çünki bütün güclərini ortaya qoydular".
Qeyd edək ki, "Milan" ilk oyunda da 0:2 hesabı ilə uduzub.