çempionlar Liqasının (çL) yarımfinal mərhələsinin "Milan"la cavab oyununda "İnter"ə qələbə qazandıran yeganə qolun müəllifi Lautaro Martines olub. Matc.az xəbər verir ki, argentinalı forvard "neradzurra"nın heyətində turnirdə 10-cu qolunu vurub.
 
Bununla o, milanlıların sabiq forvardı Samuel Etoya çatıb və 4-cü yerə şərik olub. "İnter"in turnirdəki rekordçusu 14 qolla Adrianodu. İlk "üçlüy"ün digər üzvləri Xulio Kruz (13) və Ernan Krespodu (11). Yəni Martines "İnter"in heyətində çL-də daha 4 qol vursa, rekordu təkrarlayacaq.
 
Qeyd edək ki, "İnter" "Milan"ı ilk oyunda da 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest