"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri artıb. Matc.az saytı xəbər verir ki, daha 4 potensial rəqib müəyyənləşib.
 
Püşkatma zamanı güclülərin səbətində yer alacaq Azərbaycan çempionunun potensial rəqibləri sırasına "Linkoln", "Aris", "Farul" və "Ballkani" də qoşulub.
 
Bununla da mümkün rəqiblərin sayı 13-ə çatıb. İndi "Qarabağ"la qarşılaşma ehtimalı olanlardan yalnız Albaniya çempionu və ilkin mərhələnin qalibi bilinmir.
 
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Raundun oyunları 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.
 
UEFA çempionlar Liqası
İlkin mərhələ

Səpələnmişlər: "Breydablik" (İslandiya), Monteneqro çempionu
Səpələnməmişlər: "Tre Penne" (San-Marino), "Atletik Ekaldes" (Andorra)

I təsnifat mərhələsi
Səpələnmişlər: "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan), "Slovan" (Slovakiya), "Şerif" (Moldova), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Makkabi" (Hayfa, İsrail), "Jalgiris" (Litva), HIK (Finlandiya), "Flora" (Estoniya), "Şemrok Rovers" (İrlandiya), TNS (Uels), "Olimpiya" (Sloveniya), "Zrinski" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Linkoln" (Cəbəllütariq), "Klaksvik" (Farer adaları), "Dinamo" (Tbilisi, Gürcüstan), "Rakuv" (Polşa), "Aris" (Limassol, Kipr), "Haken" (İsveç), "Farul" (Rumıniya), "Valmieras" (Latviya), "Ballkani" (Kosovo), "Larne" (Şimali İrlandiya), "Hamrun" (Malta), "Hesperange" (Lüksemburq), "Struqa" (Şimali Makedoniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest