25 May 2023, 11:28
TOP OYUNLARI
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir davam edir. Matc.az xəbər verir ki, yarışda 1/4 final mərhələsinin görüşləri artıq geridə qalıb.
Azərbaycan millisinin bir üzvü bu raundu qələbə ilə başa vurub. Söhbət 66 kq çəkidə mübarizə aparan Şəhla Allahverdiyevadan gedir. O, 1/4 finalda litvalı Asuteya Ausiuteni 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Bununla Allahverdiyeva ən azı bürünc medalı təmin edib.
Boksçumuzun yarımfinaldakı rəqibi də bəllidi. Şəhla finala vəsiqə uğrunda fransalı Fatia Benmessahellə qarşılaşacaq.
Qeyd edək ki, turnirin final oyunları sabah olacaq.