Xorvatiya millisinin sabiq qapıçısı Daniel Subaşiç 38 yaşında karyerasını bitirib. Matc.az xəbər verir ki, o, 2022-23 mövsümündə "Hayduk"un ehtiyat qapıçısı olub.
 
Subaşiç cəmi bir matçda iştirak edib ki, bu Xorvatiya çempionatının XXXVI turunda "Sibenik"lə görüşə (3:0) təsadüf edib. Kapitan kimi meydana çıxan qolkiper 24-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, Daniel Subaşiç Xorvatiya millisinin heyətində 2014 və 2018-ci illərdə dünya çempionatında, 2012 və 2016-cı illərdə Avropa çempionatında iştirak edib. O, Dç-2018-in gümüş mükafatçısıdı. Subaşiç millidə ümumilikdə 44 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest