Almaniyalı bu mövsüm ölkə çempionatında 26-cı dəfə rəqib hücumçularına şans verməyib. Bu isə La Liqa rekordunun təkrarlanması ilə nəticələnib.

"Barselona" İspaniya La Liqasının XXXVII tur oyununda evdə "Malyorka"nı məğlub edib - 3:0. Matc.az xəbər verir ki, Kataloniya klubunun qapıçısı Mark-Andre ter Ştegen bu dəfə də qapısının toxunulmazlığını qoruyub.
 
Almaniyalı bu mövsüm ölkə çempionatında 26-cı dəfə rəqib hücumçularına şans verməyib. Bu isə La Liqa rekordunun təkrarlanması ilə nəticələnib. 1993-94 mövsümündə də "Deportivo" 26 görüşdə qol buraxmayıb.
 
"Barselona"nın hələ də liqa rekordunu yeniləmək şansı var. Komanda mövsümün son turunda səfərdə "Selta" ilə qarşılaşacaq. Qarşılaşma iyunun 4-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest