Maurisio Poçettinonun "çelsi"nin baş məşqçisi postuna gəlişindən sonra səkkiz futbolçu komandanı tərk edə bilər. Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, Joao Feliks London təmsilçisindən ayrılacaq.
 
Nəşrin yazdığına görə, Argentinalı mütəxəssisin planlarına Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Eduard Mendi, Kallum Hadson-Odoi, Kalidu Kulibali, Sezar Aspilikueta və Nqolo Kante da daxil deyil.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest