2023-24 mövsümündə Konfrans Liqasının III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 7 komanda müəyyənləşib. Matc.az saytı xəbər verir ki, onlardan 4-ü səpələnmişlər, 3-ü isə səpələnməmişlərə düşüb.
 
"Alkmaar" (Niderland), "Dinamo" (Kiyev, Ukrayna), "Partizan" (Serbiya) və "Aruka" (Portuqaliya) növbəti mövsüm turnirin III raundundan yarışa qoşulacaqlar. Bu da o deməkdi ki, adıçəkilən komandalar Azərbaycan təmsilçilərinin potensial rəqibləridi. Amma bunun üçün "Sabah", "Neftçi" və "Qəbələ" II təsnifat mərhələsini keçməlidi.
 
Digər 3 komanda "Hayduk" (Split, Xorvatiya), "Brann" (Norveç) və "Nordsyelland" (Danimarka) isə III raundda səpələnməmişlərin səbətində olacaq. Onlar təmsilçilərimizlə qarşılaşa bilməz.
 
Qeyd edək ki, Konfrans Liqasında III raundun püşkatma mərasimi iyulun 24-də təşkil olunacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest