Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç komandasını dəyişir. Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu bu barədə klub rəhbərliyinə məlumat verib. "OK Diario"nun yazdığına görə, Modriç Səudiyyə Ərəbistanından sərfəli təklif alıb. 
 
Söhbət üç mövsüm üçün 120 milyon avrodan gedir. 37 yaşlı Modriçə belə bir məbləğ ödəməyə hazır olduğunu bildirən klubun adı açıqlanmır.  
Lukanın "Real"la müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gələ biliblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest