17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, yığma sabah təlim-məşq toplanışına yığışacaq.
Hazırlıq iyunun 12-dək Qəbələdə baş tutacaq. Bu müddətdə U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək. Qarşılaşmalar müvafiq olaraq iyunun 8-də və 11-də olacaq.
 
U-17-nin heyəti: Ayxan Abbaszadə ("Turan Tovuz"), Həbib Hüşənov, ömər Kərimov, Ziya Şəkərxanov (hamısı "Qəbələ"), Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı "Sabah"), Məhəmməd İmaməliyev, Sadiq Məmmədli (hər ikisi "Neftçi"), Vüsal Paşayev, Nadir Orucov, Nihad Orucəli (hamısı "Sumqayıt"), Hikmət Cəbrayılzadə, Amid Qasımov, Həbib Qədimov (hamısı "Qarabağ"), ümid Səlimov ("Şamaxı"), Məsud Əlişanlı ("İSM Academy", İtaliya), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest