UEFA buna aydınlıq gətirmək üçün Marçinyaka müraciət edib. Onun Çempionlar Liqasının finalının baş hakimi kimi qalıb-qalmaması ilə bağlı qərar sabah veriləcək.
UEFA çempionlar Liqasının finalının baş hakimi dəyişdirilə bilər. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, Polşada irqçi və homofob şüarları ilə tanınan ifrat sağçı siyasətçi Slavomir Menzenin təşkil etdiyi tədbirdə hakim Şimon Marçinyakın iştirakı ilə bağlı qalmaqal yaranıb.
UEFA buna aydınlıq gətirmək üçün Marçinyaka müraciət edib. Onun çempionlar Liqasının finalının baş hakimi kimi qalıb-qalmaması ilə bağlı qərar sabah veriləcək.
Xatırladaq ki, çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək. Turnirin final oyununda "İnter" və "Mançester Siti" qarşılaşacaq.