İndiyədək 267 futbolçu finalda qalib olub. Mahmud Qurbanov və Maksim Medvedev rekordçulardır. Onlar hərəyə 5 dəfə finalda kubok qazanıb.
Azərbaycan Kubokunun indiyədək baş tutan 28 final oyununda 475 futbolçu iştirak edib. Matc.az xəbər verir ki, onlardan dördü daha çox – 6 belə görüşdə meydana çıxıb.
Rekordçular Mahmud Qurbanov, Denis Silva, Müşfiq Hüseynov və Cavid Hüseynovdur. Dörd futbolçu isə 5 finalda şans qazanıb. Maksim Medvedev, Rahid Əmirquliyev, Kamran Ağayev və Alim Qurbanov buna nail olan oyunçulardır.
İndiyədək 267 futbolçu finalda qalib olub. Mahmud Qurbanov və Maksim Medvedev rekordçulardır. Onlar hərəyə 5 dəfə finalda kubok qazanıb.
Rəşad Sadıqov, Qara Qarayev, Denis Silva, Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyevin 4 belə uğuru var.