05 İyun 2023, 12:11
FUTBOL
Tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazanan "Qəbələ" bəzi futbolçularla yollarını ayıracaq. Matc.az saytının əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"ı tərk edəcək ilk əcnəbi oyunçu bilinib.
Bu, ukraynalı yarımmüdafiəçi Andrey Strijakdı. ötən ilin yayında heyətə cəlb olunan 24 yaşlı orta sahə oyunçusunun müqaviləsində müddəti daha 1 il uzatmaq bəndi var idi. Lakin Strijakın çıxışından razı qalmayan məşqçilər korpusu buna ehtiyac duymayıb.
Qeyd edək ki, Andrey Strijak başa çatan mövsüm Premyer Liqada cəmi 6 oyun keçirib.