"Neftçi"nin kapitanı Emin Mahmudovun taleyinə yavaş-yavaş aydınlıq gəlir. Matc.az saytının əldə etdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi "Qarabağ"a keçməyəcək.
Ağdam təmsilçisi millimizin üzvünün xidmətinə ehtiyac duymur. Mahmudov indi iki seçim qarşısında qalıb. O, ya "Neftçi"də qalacaq, ya da legioner həyatı yaşayacaq.
"Ağ-qaralar" aparıcı oyunçusunu saxlamaq niyyətindədi. Ancaq futbolçunun yeni müqaviləyə qol çəkib-çəkməməsi büdcədən və sözləşmənin maddi şərtlərindən asılı olacaq.
Qeyd edək ki, Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi bu ayın sonuna qədərdi.