İspaniyanın "Osasuna" klubu Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən cəzalandırıla bilər. Matc.az TASS-a istinadən xəbər verir ki, komandanın 2012/13 və 2013/14 mövsümlərində iki şübhəli oyunda iştirakını təsdiqlənərsə, Konfrans Liqasında oynamaq hüququndan məhrum edilə bilər.  

UEFA "Osasuna" ilə bağlı hazırda araşdırma aparır.

Qeyd edə ki, "Osasuna" İspaniya çempionatını yeddinci yerdə başa vuraraq, Konfrans Liqasında oynamaq hüququ qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest