"Müxtəlif ölkələrdən təkliflərim var idi. Hətta 5-ci liqadan da..."
"Neftçi" ilə yeni müqavilə imzalayan İvan Brkiç ölkəsi Xorvatiyada "vecernji.hr" saytına açıqlama verib. Matc.az xəbər verir ki, 27 yaşlı qapıçı "ağ-qaralar"la yeni müqavilə imzalamasına aydınlıq gətirib.
Brkiç başqa təkliflərinin olduğunu etiraf etsə də, dəyişikliyə ehtiyac duymadığını vurğulayıb:
"Neftçi" rəhbərliyi ilə danışıq apardıqdan sonra yeni 2 illik müqavilədə ortaq məxrəcə gəldik. Eyni zamanda, müqavilənin daha bir il müddətinə uzadılması bəndi də var. Müxtəlif ölkələrdən təkliflərim var idi. Hətta 5-ci liqadan da... Ancaq ən konkreti "Neftçi"nin təklifi oldu. üstəlik, Bakıda xoşbəxtəm, hansısa dəyişiklik etməyə səbəb görmədim".
Qeyd edək ki, İvan Brkiç ötən ilin yanvarından "Neftçi"də çıxış edir.