Argentina millisinin sabiq futbolçusu Maksi Rodrigesin vida oyunu keçirilib. Matc.az xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubuna keçən Lionel Messi də həmin görüşdə iştirak edib.
Qarşılaşma "Nyuells Old Boyz"da Argentina yığmasının keçmiş və indiki futbolçularından ibarət komanda arasında baş tutub.
Oyun Messinin çıxış etdiyi komandanın qələbəsi ilə başa çatıb - 7:5. Lionel bu oyunda het-triklə yadda qalıb