20 Noyabr 2024, 12:03
FUTBOL
Argentina yığmasının futbolçusu Lautaro Martines millidəki qol sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb. Matc.az xəbər verir ki, o, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru millisi ilə keçirilən oyunda gerçəkləşdirib.
Argentina məhz Martinesin yeganə qolu sayəsində görüşdən qələbə ilə ayrılıb. Bu qol 27 yaşlı hücumçunun yığmadakı 32-ci qolu olub.
Qeyd edək ki, Argentina millisində ən çox fərqlənən futbolçu isə aktivində 112 qol olan Lionel Messidi.