03 Avqust 2023, 14:25
TOP OYUNLARI
Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşı Valeriya Romanoviç Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən çimərlik voleybolu üzər Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokuna təyinat alıb. Matc.az xəbər verir ki, çimərlik voleybolu üzrə millinin meneceri Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq yarışda supervayzer kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 3-6 avqustda gerçəkləşəcək beynəlxalq turnirdə Azərbaycan həm qadın, həm də kişi voleybolçularla təmsil olunacaq.