Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova çin Xalq Respublikasının Hebei şəhərinə yola düşüb. Matc.az xəbər verir ki, onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Toplanışa sentyabrın 10-da yekun vurulacaq.
 
Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest