16 Avqust 2023, 21:27
DİGƏR
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Avropa çempionatında uğurlu nəticəyə imza atıb.
Matc.az xəbər verir ki, 80 kq (K44) çəkidə çıxış edən idmançımız qızıl medala yiyələnib.
Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K 44) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.