Belaruslu tennisçi Aryna Sabalenka "ABŞ Open 2023"ün yarımfinal matçında komandasına niyə söyüş söyməsi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
 
İdmançı maraqlı açıqlama verib: "çətin yarımfinaldan sonra komanda və mən dedik ki, emosiyalarımı çölə atmaq lazımdırsa, bunu etməliyəm. Əks halda, özümü içəridən yeyərəm. Ona görə qışqırdım, onlara söyüş söydüm. Amma onlar bilirlər. Mən onları hələ də sevirəm. Bilirlər ki, bunun səbəbləri var."
 
Qeyd edək ki, "ABŞ Open-2023" turniri avqustun 28-dən sentyabrın 10-dək davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest