Eduard Mişut "Adana Dəmirspor"un maraq dairəsindədi

PSJ-nin futbolçusu Eduard Mişut Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevlə komanda yoldaşı ola bilər. Matc.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Adana Dəmirspor"un maraq dairəsindədi.
 
Super Liqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini icarəyə götürməyə can atır. Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşmaq üzrədi. Hətta şifahi razılıq da əldə edilib. Müqaviləyə satınalma opsionu da daxil olacaq.
 
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl "Adana Dəmirspor"la 2 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest