"Arsenal" Aleksander Zinçenko ilə yeni müqavilə imzalamaq istəyir. Matc.az xəbər verir ki, 26 yaşlı ukraynalını komandada saxlamaq Premyer Liqa klubu üçün prioritetdir.
 
Londonlular onunla yanaşı, Martin Edeqor və Ben Uaytla da yeni sözləşmə imzalamaq niyyətindədi.
 
Zinçenko ötən ilin yayında "Arsenal"a "Mançester Siti"dən keçib. Onun paytaxt klubu ilə hazırkı anlaşması 2026-cı ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest