Misli Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb. Matc.az xəbər verir ki, turun 5 görüşünü ümumilikdə 10 min 950 azarkeş izləyib.
 
Bu isə cari mövsümün ilk 6 turu üçün rekorddu. VI turdakı tamaşaçılar IV tur matçlarına toplaşan 8700 seyrçini üstələyib.
Bu turda "Qarabağ"la "Sabah" 4500, "Turan Tovuz" və "Qəbələ" 4000 izləyici qarşısında çıxış edib. "Zirə" – "Sumqayıt" (500), "Kəpəz" – "Səbail" (1500) və "Araz-Naxçıvan" – "Neftçi" (450) matçlarında ümumilikdə 2450 azarkeş olub.
"Qarabağ" – "Sabah" oyununda həm də mövsümün rekordu qırılıb. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada 4500 tamaşaçı olub. Bu isə IV turun "Turan Tovuz" – "Səbail" görüşündəki 4300 azarkeşlik rekordu qırıb.
 
Qeyd edək ki, geridə qalan 6 turda keçirilən 29 qarşılaşmada ümumilikdə 42 min 381 azarkeş oyunlara gəlib. Orta göstərici 1461-ə bərabərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest