Sentyabrın 16-da Premyer Liqanın 5-ci turunda "Brayton" səfərdə "Mançester Yunayted"ə qalib gəlib - 3:1.

Matc.az xəbər verir ki, 77-ci dəqiqədə qonaqlardan meydana yarımmüdafiəçi Ceyms Milner daxil olub.

37 yaşlı veteran üçün bu, karyerasında Premyer Liqada "Mançester Yunayted" üzərində 11-ci qələbə olub. Bu göstəriciyə görə o, liqanın mütləq rekordçusudur. Milner həmçinin dörd fərqli komandanın ("Aston Villa", "Mançester Siti", "Liverpul" və "Brayton") tərkibində Premyer Liqada "Old Trafford"da "Mançester Yunayted"i məğlub edən ilk futbolçu oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest