AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VI turunda keçirilən "Araz-Naxçıvan" – "Neftçi" (1:0) və "Kəpəz" – "Səbail" (0:3) oyunları ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin futbolçusu Kadiri Mohammed "ağ-qaralar"la görüşdə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
 
Bu, oyunçunun 1 oyunluq cəzalanmasına, klubunun 500 manat cərimələnməsinə səbəb olub.
 
Gəncədəki qarşılaşmada isə internet olmayıb. "Kəpəz" PFL-in Əsasnaməsinin tələblərini pozduğu üçün "Kəpəz"ə xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest