"Sevilya"nın müdafiəçisi Serxio Ramos La Liqanın 14-cü turunda "Real Sosyedad"la səfər oyununda qırmızı vərəqə alıb.

Matc.az xəbər verir ki, görüş bir gün əvvəl, noyabrın 26-da “San Sebastyan”da baş tutub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ramos İspaniya çempionatındakı bütün müddət ərzində 21-ci qırmızı vərəqə alıb və bu göstərici üzrə rekordunu yeniləyib. 2023-cü ilin yayında Serxio Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb. 37 yaşlı futbolçu iki mövsüm oynadığı PSJ-dən ayrıldıqdan sonra iyulun 1-dən azad agent statusu alıb. 2005-ci ildən 2021-ci ilə qədər Serxio “Real”ın oyunçusu olub. O, Madrid təmsilçisinin tərkibində dörd dəfə Çempionlar Liqasının qalibi olub. İspaniya millisi ilə birlikdə müdafiəçi Cənubi Afrikada keçirilən Dünya Kubokunun qalibi olub, həmçinin iki dəfə Avropa çempionatında (2008, 2012) qızıl medal qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest