Kataloniya təmsilçisi Portuqaliya klubuna uduzsa və ya heç-heçə etsə, Xavi istefaya göndərilə bilər. Bunun baş verməməsi üçün isə mütəxəssis mümkün ən yaxşı heyəti meydana buraxacaq.

“Barselona” baş məşqçisi Xavi ilə yollarını ayıra bilər. Matc.az xəbər verir ki, bu hadisənin Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Porto” ilə oyundan sonra baş verməsi istisna edilmir.
 
Kataloniya təmsilçisi Portuqaliya klubuna uduzsa və ya heç-heçə etsə, Xavi istefaya göndərilə bilər. Bunun baş verməməsi üçün isə mütəxəssis mümkün ən yaxşı heyəti meydana buraxacaq.
 
Bu gün keçiriləcək “Barselona” – “Porto” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İspaniya nəhəngi hazırda qrupda 9 xalla birinci yerdədi.
 
Qeyd edək ki, Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Onun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest