20 İyul 2026, 14:18
FUTBOL
FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının finalındakı qələbə münasibətilə İspaniya millisinin futbolçularına çempionluq üzükləri təqdim edib.
Matc.az xəbər verir ki, çempionluq üzükləri Amerika Superboulu ənənələrinə uyğun hazırlanıb.
Ümumilikdə 2026 ədəd üzük istehsal olunub ki, onlardan da 30-u oyunçular və məşqçilər heyəti üçün nəzərdə tutulub. Qalan 1996 ədəd üzük isə rəsmi lisenziyalı məhsul kimi sərbəst satışa çıxarılacaq.
Qızıldan hazırlanan və üzəri brilyant, həmçinin sapfirlərlə bəzədilən hər bir üzüyün üstünə turnirin kuboku həkk olunub. Dizaynın qalib ölkəyə uyğun olaraq əlavə variantda uyğunlaşdırılacağı qeyd edilib.













