UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Sabah"ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibi İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində müəyyənləşib.
Matc.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, turnirin 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə qarşılaşacaq paytaxt təmsilçisi bu səddi adlayacağı təqdirdə, növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Püşk zamanı səpələnməmişlər səbətində yer alan "Sabah" cütün qalibi olacaqları təqdirdə, 3-cü təsnifat mərhələsinin ilk matçını səfərdə, cavab görüşünü isə doğma meydanda keçirəcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları 4-5 avqust, cavab qarşılaşmaları isə 11 avqust tarixlərində baş tutacaq.













