20 İyul 2026, 15:27
AVROPA LİQASI
Azərbaycanın avrokuboklardakı təmsilçiləri "Qarabağ" və "Sabah"ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşacaq "Qarabağ" bu səddi adlayacağı təqdirdə, növbəti raundda "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin qarşılaşmaları avqustun 6-sı və 13-də keçiriləcək.













