"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli"ni məğlub etdikdən (4:2) sonra yarımmüdafiəçi Cud Bellinqhemə heyran olduğunu bildirib.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Cud bizi gündən-günə təəccübləndirir. Hər matçda. Bəlkə təkcə biz yox, bəlkə də bütün dünya ona heyrandır. Bellinqhem təkcə bu klub üçün deyil, bütövlükdə futbol üçün hədiyyədir. Dünya istedadlı oğlanı görməyə şaddır".

Qeyd edək ki, 20 yaşlı ingilis görüşün ən yaxşı oyunçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest