“Lion” mövsümün sonunda Fransa Liqa 1-də pley-offa düşsə öz meydanında oynaya bilməyəcək. Matc.az xəbər verir ki, buna qeyri-adi məsələ səbəb olub.
 
Liqa 1-də qalmaq uğrunda final oyunu keçirmək üçün 16-cı yeri tutmaq vacibdi. “Lion” bunu bacarsa, gələn il iyunun 2-də pley-off mərhələsinin cavab matçını evdə keçirməli olacaq.
 
Lakin həmin tarixdə “Lion” stadionunda məşhur müğənni Teylor Sviftin konserti planlaşdırılır. Konsertin bütün biletləri artıq satılıb. Bu tədbiri maliyyə səbəblərindən, ləğv etmək mümkün olmayacaq.
 
Qeyd edək ki, “Lion” hazırda 7 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest