Azərbaycan Premyer Liqasında 2023-24 mövsümünün antirekordu qeydə alınıb. Matc.az saytının məlumatına görə, buna XV turda təsadüf edilib.
 
Belə ki, “Araz-Naxçıvan”la “Səbail” arasında “Dalğa Arena”da baş tutan qarşılaşmanı cəmi 120 tamaşaçı izləyib. Bu isə cari mövsümün ən aşağı göstəricisidi. “Araz-Naxçıvan” özünə məxsus 150 azarkeşlik antirekodu yeniləyib.
 
Qeyd edək ki, XV turda keçirilən 5 oyunu ümumilikdə 6420 azarkeş izləyib. “Araz-Naxçıvan” – “Səbail” matçı isə 1:1 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest