PFL əməkdaşlarının qəzaya düşdüyü avtomobilin görüntüsü yayılıb. Matc.az xəbər verir ki, çəkilən videoda avtomobilin ön hissəsinin tamamilə yararsız hala düşməsi görünür.

Xatırladaq ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən qəzaya uğrayıb. Rəsul Qafarlıdan başqa, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, texniki direktoru Elgiz Abbasov, icraçı direktoru Zaur Hacı-Məhərrəmov və mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev qəzaya düşüb.

İlk 2 şəxsdə sınıq olduğundan, Türkiyəyə əməliyyat üçün göndəriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest