23 Fevral 2024, 09:17
FUTBOL
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədib. Matc.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı üstələməsi sayəsində gerçəkləşib.
Azərbaycan çempionu rəqibinə Bakıda məğlub olsa da (2:3), mərhələni adlamağı bacarıb. Bu, Azərbaycana daha 0,250 əmsal qazandırıb. Nəticədə ölkəmiz 19.875 əmsalla 27-ci pillədəki yerini möhkəmlədib. Ölkəmizin cari mövsümdə topladığı əmsal isə 5,625-ə çatıb.
Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.