23 Fevral 2024, 09:29
                
                
                
                                FUTBOL 
                                
                
               
              Avropa Liqasında mərhələ adlayan “Qarabağ” həm də maliyyə qazancı əldə edib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Portuqaliya klubu “Braqa”nı üstələyib. Ağdamlılar Bakıdakı cavab görüşündə 2:3 hesablı məğlubiyyətə baxmayaraq, 1/8 finala adlayıb.
				 
 
Avropa Liqasında mərhələ adlayan “Qarabağ” həm də maliyyə qazancı əldə edib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Portuqaliya klubu “Braqa”nı üstələyib.
Ağdamlılar Bakıdakı cavab görüşündə 2:3 hesablı məğlubiyyətə baxmayaraq, 1/8 finala adlayıb. Buna görə, “Qarabağ”ın büdcəsinə UEFA tərəfindən daha 1,2 milyon avro köçürüləcək.
Qeyd edək ki, “Qarabağ”ın 1/8 finaldakı rəqibi bu gün keçiriləcək püşkatmadan sonra bilinəcək.

            
 










