"Liverpul"un müdafiəçisi Endryu Robertson "Bavariya"nın transfer hədəfinə çevrilib.
 
Matc.az xəbər verir ki, alman klubu futbolçu ilə müqavilə bağlamağın asan məsələ olmadığını başa düşür, lakin Alfonso Deyvsin yerinə onun mövqeyində yüksək səviyyəli oyunçu tapmaqda qərarlıdır.
 
Kanadalının yayda "Real"a keçə biləcəyi bildirilir. Qeyd olunur ki, Deyvis "Bavariya" ilə şifahi razılığa gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest