02 Aprel 2024, 18:54
FUTBOL
"Əla mövsüm keçirirəm. Mən xoşbəxtəm. Sonda planımız istədiyimiz kimi gerçəkləşdi”.
“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa klublarının təkliflərini qəbul etməyib.
Matc.az xəbər verir ki, bunu əlcəzairli yarımmüdafiəçinin özü açıqlayıb.
O bildirib ki, Liqa 2 təmsilçilərindən təkliflər alıb. Benzia aşağı dəstə klublarında oynamaq istəmədiyi üçün bu variantları qəbul etməyib: “Cari mövsümdə artıq 40-dan çox oyun keçirmişəm. Avropa Liqasında da oynamışam. Mənə Fransa Liqa 2-dən təkliflər var idi. Amma mən özümü o səviyyədə görmək istəmədim. Əla mövsüm keçirirəm. Mən xoşbəxtəm. Sonda planımız istədiyimiz kimi gerçəkləşdi”.
Qeyd edək ki, Benzia mövsümün 41 matçında 13 qol və 10 assistə imza atıb.