20 Oktyabr 2018, 18:33
MPL
"Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqasında mövsümün antirekorduna imza atıb. Matç.az saytı xəbər verir ki, cinah oyunçusu mövsümdə 2 dəfə meydandan qovulan ilk futbolçu olub.
O, VIII turun "Neftçi" ilə hazırda davam edən oyununda qırmızı vərəqə alıb. Bu, Təmkinin ardıcıl 2-ci belə cəzasıdı.
Belə ki, V turun "Qarabağ"la qarşılaşmasında meydandan qovulduğu üçün iki matçlıq diskvalifikasiya olunan Xəlilzadə heyətə döndükdən sonra yenidən "Qəbələ"ni azlıqda qoyub.
Qeyd edək ki, hazırda "Qəbələ" 2:0 hesabı ilə öndədi.