Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Roma” “Milan”ı səfərdə 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi son 7 ildə ilk dəfə ardıcıl 4 görüşdə qol buraxmayıb.
 
Romalılar sonuncu dəfə 2017-ci ilin oktyabrında Eysebio Di Françeskonun rəhbərliyi altında bunu bacarmışdı.
 
Qeyd edək ki, “Roma” hazırda İtaliya A seriyasında 55 xalla 5-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest