“Komandada vəziyyət normaldır. Hazırda ixtiyarımızda 17 oyunçu var ki, onlardan 14-ü Gürcüstana gedəcək”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis Bakıda təşkil edilən təlim-məşqtoplanışı zamanı komandasının hazırkı durumumunu dəyərləndirib. O, Gürcüstanla yoldaşlıq görüşləri üçün 14 nəfər aparılacağını bildirib: “Kimlərin gedəcəyi bugünkü məşqdən sonra dəqiqələşəcək. Klublarında kimlər yaxşı çıxış etsələr, gələcəkdə onlar da milliyə çağırılacaqlar”.

Vitali  Borisov heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: “Komandanın fiziki durumu çox yaxşı deyil. Bunun da müəyyən səbəbləri var. Heyətdə gənclər çoxdur. Təbii ki, fiziki durumu düzəltmək üçün 4-5 gün az vaxtdı. Ümumi götürdükdə 70 faiz hazırıq. Əvvəllər “Araz-Naxçıvan”ın oyunçuları çoxluq təşkil edirdilər. Amma indi “Baku Fire”dən daha çox futzalçı yığmaya çağırılır. Ümumilikdə isə dörd müxtəlif klubun üzvləri heyətdə yer alır”.

Qeyd edək ki, yığmamız aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan millisi ilə iki yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest